...

Bakı yol polisi qaçırılmış 9 avtomobili və 8 cinayətkarı saxlayıb

Hadisə Materials 17 Oktyabr 2012 10:47 (UTC +04:00)
Bakı yol polisi bu il qaçırılmış və oğurlanmış 9 avtomobili və axtarışda olan 8 cinayətkarı saxlayıb.
Bakı yol polisi qaçırılmış 9 avtomobili və 8 cinayətkarı saxlayıb

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakı yol polisi bu il qaçırılmış və oğurlanmış 9 avtomobili və axtarışda olan 8 cinayətkarı saxlayıb. Bu barədə Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.

Əsədov bildirib ki, bu ilin 9 ayında idarə əməkdaşlarının həyata keçirdiyi tədbirlər zamanı yol nəqliyyat hadisəsi yerindən qaçmış 5 sürücü saxlanılaraq istintaqa təhvil verilib.

Tədbirlər zamanı yol polisi əməkdaşları avtomobillərdən 5 qram marixuana, 0,337 qram heroin, 1 soyuq silah aşkar edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti