Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Sumqayıtda aptek müdiri psixotrop həb satarkən tutulub.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 9-da şəhər ərazisindəki apteklərin birində, oranın müdiri Ruhid Hüseynov qanunsuz olaraq 18 ədəd psixotrop həb satarkən tutulub.
Faktla bağlı cinayət işi başlanıb.