Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Qohumugilə qonaq gəlmiş Xaçmaz rayon sakini ikinci mərtəbədən yıxılıb ölüb.
Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 3-də Xaçmaz rayonunun Zuxuroba kəndinə qonaq gəlmiş Bakı şəhər sakini Gülzar Zəkirayeva evin ikinci mərtəbəsindən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.