...

Çində yük maşınının partlaması nəticəsində 26 nəfər həlak olub (FOTO)

Hadisə Materials 1 Fevral 2013 11:47 (UTC +04:00)
Bu gün Çinin mərkəzi Xenan vilayətində pirotexnika daşıyan yük maşınının partlaması nəticəsində 26 nəfər həlak olub, yaralılar var.
Çində yük maşınının partlaması nəticəsində 26 nəfər həlak olub (FOTO)

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Bu gün Çinin mərkəzi Xenan vilayətində pirotexnika daşıyan yük maşınının partlaması nəticəsində 26 nəfər həlak olub, yaralılar var. Trend-in məlumatına görə, bu barədə İTAR TASS Xinhua agentliyinə istinadən xəbər verib.

Məlumata görə, hazırda xilasedicilər dağıntıları araşdırırlar. Hadisə nəticəsində körpünün konstruksiyaları dağılıb, bu zaman bir neçə avtomobil yaranmış boşluqdan düşüb. Faciə qurbanlarının dəqiq sayı müəyyənləşdirilir.

Qeyd edək ki, hər il Çində fevralın 10-da Ay təqvimi ilə Yeni il (Bahar bayramı və ya Çunsze) bayram edilir. Bu zaman fişənglərin hazırlanması və daşınması ilə bağlı tez-tez bədbəxt hadisələr baş verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti