...

Bakıda bir nəfər iki qardaşı bıçaqlayıb

Hadisə Materials 5 Fevral 2013 10:33 (UTC +04:00)
Binəqədidə bir nəfər iki qardaşı bıçaqlayaraq onlara xəsarət yetirib.
Bakıda bir nəfər iki qardaşı bıçaqlayıb

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İ.İzzət/

Binəqədidə bir nəfər iki qardaşı bıçaqlayaraq onlara xəsarət yetirib.

Binəqədi Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, rayonda bıçaqlanma hadisəsi baş verib.

Fevralın 4-də 1986-cı il təvəllüdlü Hüseynov Xaliq İbrahimxəlil oğlu şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı 1982-ci il təvəllüdlü İbrahimv Renat Ağamoğlan oğlu və onun böyük qardaşı 1975-ci il təvəllüdlü İbrahimov İlkin Ağamoğlan oğluna bıçaqla xəsartə yetirib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi(Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti