...

Bakıda yük maşını bir nəfər vurub öldürüb

Hadisə Materials 15 Fevral 2013 11:04 (UTC +04:00)
Yasamal rayonunda yük maşını 50 yaşlı kişini vuraraq öldürüb.
Bakıda yük maşını bir nəfər vurub öldürüb

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir İ.İzzət/

Yasamal rayonunda yük maşını 50 yaşlı kişini vuraraq öldürüb.

Yasamal Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, dünən Bakının Yasamal rayonu Şərifzadə küçəsi 31/36 ünvanının qarşısında Yasamal rayon sakini 1968-ci il təvəllüdlü Çərkəzov Elsevər Hacıbala oğlu idarə etdiyi Neptup MMC-yə məxsus İsuzu NRP 66 L markalı, 90-LD-811dövlət qeydiyyat nişanlı yük maşını ilə piyada, 1963-cü il təvəllüdlü Əliyev Ziyadxan Rəhman oğlunu vurub.

Nəticədə Əliyev aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maadəsi ilə cinayət işinə başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti