...

İmişlidə yol qəzası 3 nəfərin ölümü ilə nəticələnib

Hadisə Materials 3 Aprel 2013 17:46 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata istinadən xəbər verir ki, İmişli rayonu, Hacıqabul-Horadiz yolunun 93-cü kilometrliyində "Mercedes" markalı minik avtomobili və "Shaqman" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.
İmişlidə yol qəzası 3 nəfərin ölümü ilə nəticələnib

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İ.İzzət/

İmişlidə 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata istinadən xəbər verir ki, İmişli rayonu, Hacıqabul-Horadiz yolunun 93-cü kilometrliyində "Mercedes" markalı minik avtomobili və "Shaqman" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı minik avtomobilinin sürücüsü və 2 nəfər sərnişini aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.

Yanğınsöndürən-xilasedicilər deformasiyaya uğramış minik avtomobilindən meyitləri təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti