...

Saakaşvilinin çiyni üç yerdən sınıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 8 Aprel 2013 17:43 (UTC +04:00)
Türkiyədə işgüzar səfərdə olan Gürcüstan Prezidenti Mixail Saakaşvilinin çiyni üç yerdən sınıb.
Saakaşvilinin çiyni üç yerdən sınıb (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 16:01-də yayılıb)

Gürcüstan, Tbilisi, 8 aprel /Trend, müxbir N.Kirsxaliya/

Türkiyədə işgüzar səfərdə olan Gürcüstan Prezidenti Mixail Saakaşvilinin çiyni üç yerdən sınıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Gürcüstan Prezidenti Administrasiyası xəbər yayıb.

Gürcüstan prezidenti velosped sürərkən yıxılıb və xəsarət alıb.

Prezident təcili olaraq İstanbula aparılıb və ona tibbi yardım göstərilib.

Xəsarət səbəbindən Mixail Saakişvilinin əvvəlcə nəzərdə tutulan görüşləri təxirə salınıb.

Gürcüstan Prezidenti şənbə günü Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşüb, bu gün isə türkiyəli həmkarı Abdullah Güllə görüşü planlaşdırılmışdı. Administrasiyadan verilən məlumata görə, bu görüş çərşənbə axşamı keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti