...

Qubada “Mercedes” velosipedçini öldürdü

Hadisə Materials 10 Aprel 2013 13:59 (UTC +04:00)
Quba rayonunda "Mercedes" markalı avtomaşınla velosiped sürücüsü vurulub.
Qubada “Mercedes” velosipedçini öldürdü

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İ.İzzət/

Quba rayonunda "Mercedes" markalı avtomaşınla velosiped sürücüsü vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 9-da saat 23.20 radələrində Quba rayonunun Vəlvələ kəndi ərazisində rayon sakini Kamal Həsənov idarə etdiyi "Mercedes" markalı avtomaşınla velosiped sürən kənd sakini Əhməd Tahirovu vurub. Nəticədə velosipedçi Tahirov hadisə yerində ölüb.

Faktla əlaqədar BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti