...

Bakıda “Mercedes” naməlum şəxsi vurub öldürdü

Hadisə Materials 17 Aprel 2013 14:38 (UTC +04:00)
Xətai rayonu Gəncə prospektində "Mercedes" markalı avtomaşınla 55-60 yaşlı kişi vurulub.
Bakıda “Mercedes” naməlum şəxsi vurub öldürdü

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İ.İzzət/

Xətai rayonu Gəncə prospektində "Mercedes" markalı avtomaşınla 55-60 yaşlı kişi vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 16-da saat 23.45 radələrində Xətai rayonu Gəncə prospektində Bakı şəhər sakini Tural Qəhrəmnov idarə etdiyi "Mercedes" markalı avtomaşınla 55-60 yaşlı kişini vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Hələlik piyadanın şəxsiyyətini təyin etmək mümkün olmayıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti