...

Gəncədə yol qəzası baş verib

Hadisə Materials 1 İyun 2013 20:23 (UTC +04:00)
Gəncə-Şəmkir yolunun 3-cü kilometrliyində yol qəza hadisəsi baş verib.
Gəncədə yol qəzası baş verib

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə-Şəmkir yolunun 3-cü kilometrliyində yol qəza hadisəsi baş verib.

Xaliq Hüseyn oğlu Mustafayev idarə etdiyi "Mersedes" markalı avtomobillə Şəmkir istiqamətində hərəkətdə olarkən yolun kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib. Həmçinin yolun kənarındakı ağac kökündən qopub. İlkin səbəb kimi sürücünün sürət həddinin aşması göstərilir. Faktla Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsində araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti