...

Metropolitendə partlayıcı qurğunun yerləşdirilməsi barədə FHN-ə məlumat daxil olub

Hadisə Materials 23 İyun 2013 05:08 (UTC +04:00)
Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında partlayıcı qurğunun yerləşdirilməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Metropolitendə partlayıcı qurğunun yerləşdirilməsi barədə FHN-ə məlumat daxil olub

Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında partlayıcı qurğunun yerləşdirilməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, dərhal nazirliyin mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib və aidiyyəti qurumlar məlumatlandırılıb.

Xilasedicilər vətəndaşları təhlükəli hesab edilən ərazidən uzaqlaşdırıb.

Sonra FHN mütəxəssisləri digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə metroda axtarış işləri aparıb.

Stansiyada və yaxınlıqda partlayış təhlükəli əşya aşkar edilməyib.

Xəbər lenti

Xəbər lenti