...

Bakıda evin zirzəmisində qadın meyiti aşkar edilib

Hadisə Materials 22 İyul 2013 09:59 (UTC +04:00)
Bakıda 25 yaşlı qadın özünü yaşadığı evin zirzəmisində asaraq intihar edib.
Bakıda evin zirzəmisində qadın meyiti aşkar edilib

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İ.İzzət/

Bakıda 25 yaşlı qadın özünü yaşadığı evin zirzəmisində asaraq intihar edib.

Suraxanı rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, iyulun 21-də saat 16:00 radələrində Zığ qəsəbəsi sakini 1988-ci il təvəllüdlü Rzayeva Sahilənin meyiti aşkar edilib.

Onun özünü Suraxanı rayonu Zığ qəsəbəsi İdris Süleymanov küçəsi 58 ünvanında yaşadığı evin zirzəmisində asaraq intihar etdiyi müəyyən olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti