Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir İ.İzzət/
Kür çayının Bərdə rayonundan keçən hissəsində bir nəfər çaya düşüb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, 1 nəfər Kür çayının Bərdə rayonu, Məmmədli kəndi ərazisindən keçən hissəsinə düşüb.
FHN-in müvafiq xilasetmə qüvvələri əraziyə cəlb edilib və axtarışlara başlanılıb.