Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İ.İzzət/
Avqustun 25-də Maştağa qəsəbəsinin ərazisində "Azəriqaz" İB-nə məxsus borunu kəsərək oğurlamağa cəhd göstərmiş şəxslər tutulublar.
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan vətəndaşı Kərim Nəbiyev, Bakı şəhər sakinləri Siyavuş Əliyev və Elnur Xəlilov tutulublar.
Onlar avqustun 25-də Maştağa qəsəbəsinin ərazisində "Azəriqaz" İB-nə məxsus istismarı dayandırılmış 220 metr uzunluğunda borunu kəsərək oğurlamağa cəhd göstəribmişlər.