Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir İ.İzzət/
Bakıda idarəetməni itirən "cip" yolda maneəni aşaraq avtobusla toqquşub.
Trend xəbər verir ki, Bakıda yolayrıcında dönmə əməliyyatını yerinə yetirən "cip"in sürücüsü idarəetməni itirib və nəticədə avtomobil prospektin ortasındakı maneəni aşaraq əks istiqamətli hərəkət yoluna çıxıb. "Cip" yalnız hərəkətdə olan sərnişin avtobusu ilə toqquşduqdan sonra dayanıb.
Trend həmin qəzanın videogörüntüsünü təqdim edərək bir daha sürücüləri yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.
Qeyd edək ki, Azərbaycanda 2013-cü ilin 10 ayı ərzində 2426 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar nəticəsində 971 nəfər ölüb, 2558 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Video Player