...

DİN Lənkəranda notariat kontorunda baş vermiş oğurluqla bağlı rəsmi məlumat yayıb

Hadisə Materials 26 Dekabr 2013 13:08 (UTC +04:00)
Lənkəran şəhər 1 saylı Notariat Kontorundan pul oğurlamış şəxslər tutulublar.
DİN Lənkəranda notariat kontorunda baş vermiş oğurluqla bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir İ.İzzət/

Lənkəran şəhər 1 saylı Notariat Kontorundan pul oğurlamış şəxslər tutulublar.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 22-nə keçən gecə Lənkəran şəhərinin ərazisində 1 saylı Notariat Kontorundan pəncərədən girmək yolu ilə 2660 manat pul oğurlanıb.

Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş şəhər sakinləri Əli Ramazanov, Şəhriyar Həsənzadə, Göyşaban kənd sakini Rəşad Bağırov tutulublar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların dekabrın 24-də Göyşaban kənd sakini İqbal Kərimovla birgə Əziz Babayevə məxsus avtomobillərin təmiri sexindən içərisində 5700 manat pul olan seyf, dekabrın 21-də Cəlal Azadova məxsus stomotoloji kabinetdən 1 ədəd televizor oğurlamaları, habelə dekabrın 24-də 2 saylı Poçt Məntəqəsindən oğurluğa cəhd göstərmələri də müəyyən edilib.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti