...

Abşeronda istifadəyə yararlı tank əleyhinə minalar tapılıb

Hadisə Materials 18 Fevral 2014 23:08 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Abşeron rayonu, Qaraboğaz düzənliyində vətəndaşa məxsus ərazidə döyüş sursatı aşkarlanıb.
Abşeronda istifadəyə yararlı tank əleyhinə minalar tapılıb

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Abşeronda tank əleyhinə minalar tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Abşeron rayonu, Qaraboğaz düzənliyində vətəndaşa məxsus ərazidə döyüş sursatı aşkarlanıb.

Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

FHN-in mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Sursatın istifadəyə yararlı 3 ədəd tank əleyhinə mina olduğu müəyyən edilib.

Minalar hüquq-mühafizə orqanlarının əməkdaşlarının nəzarətinə verilib. Əməliyyat haqqında əlavə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti