...

Bakıda Pakistan vətəndaşını hədələyərək pulunu almış şəxs tutulub

Hadisə Materials 3 Aprel 2014 12:27 (UTC +04:00)
Bakıda Pakistan vətəndaşını hədələyərək 80 manatını almış şəxs tutulub.
Bakıda Pakistan vətəndaşını hədələyərək pulunu almış şəxs tutulub

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İ.İzzət/

Bakıda Pakistan vətəndaşını hədələyərək 80 manatını almış şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 2-də Xətai rayonu Məhəmməd Hadi küçəsində naməlum şəxs BMT xətti ilə qaçqın statusunda Bakı şəhərində müvəqqəti yaşayan Pakistan vətəndaşı Syed Reyhan Əli Syed Əlini bıçaqla hədələyərək 80 manatını alıb.

Xətai Rayon Polis İdarəsi 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Taleh Hacıyev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti