...

Gəncədə oğurluq etmiş iki qardaş tutulub

Hadisə Materials 6 May 2014 13:23 (UTC +04:00)
Gəncədə oğurluq etmiş iki qardaş tutulub.
Gəncədə oğurluq etmiş iki qardaş tutulub

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İzzət/

Gəncədə oğurluq etmiş iki qardaş tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Gəncə şəhəri Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakinləri Hüseyn Nəcəfov və qardaşı Samir tutulublar.

Qardaşlar Allahverdi Tağıyevə məxsus mağazadan ərzaq məhsulları, Kibar Cəfərquliyevə məxsus aptekdən 450 manat oğurlayıb, bundan əlavə "Beynəlxalq Bank"ın Gəncə filialının Gülüstan şöbəsindən oğurluğa cəhd göstəriblər.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti