...

Bakıda dənizdə batan yeniyetmənin cəsədi tapılıb

Hadisə Materials 17 İyun 2014 18:39 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 3 km məsafədə, nəzarət olunmayan ərazidə) 1998-ci il təvəllüdlü Əli Ramin oğlu Səlimov batıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıblar.
Bakıda dənizdə batan yeniyetmənin cəsədi tapılıb

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Bakıda dənizdə batan 16 yaşlı oğlanın cəsədi tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 3 km məsafədə, nəzarət olunmayan ərazidə) 1998-ci il təvəllüdlü Əli Ramin oğlu Səlimov batıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıblar.

Ə.Səlimovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bakı şəhəri, Qaradağ rayonunda dənizdə ("Lökbatan" sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər FHN-in "Lökbatan" sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.

Həmçinin Bakı şəhəri, Xəzər rayonunda dənizdə ("Zuğulba-1" sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər FHN-in "Zuğulba-1" sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti