...

ARDNŞ əməkdaşları qaz partlayışı nəticəsində həlak olublar

Hadisə Materials 18 İyun 2014 17:15 (UTC +04:00)
“Qala” sahəsində bədbəxt hadisə baş verib.
ARDNŞ əməkdaşları qaz partlayışı nəticəsində həlak olublar

Azərbaycan, Bakı, 18 iyun /Trend/

"Qala" sahəsində bədbəxt hadisə baş verib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, iyunun 18-də "Azneft" İstehsalat Birliyi H.Z.Tağıyev adına NQÇİ-nin istismar etdiyi "Qala" sahəsində ləğv olunmuş köhnə quyuların təmizlənməsi prosesi zamanı 5-ci mədən ərazisindəki 1989-cu ildən ləğv edilmiş 1249 nömrəli quyunun ağzında yığılmış qazın partlaması nəticəsində NQÇİ-nin elektrik qaz qaynaqçıları - 1965-ci il təvəllüdlü Əliyev Zakir Əsədulla oğlu və 1963-cü il təvəllüdlü Baranov Dmitri Viktoroviç xəsarət alaraq ölüblər.

Hadisənin səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti