Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İlkin İzzət/
Abşeron rayonu Novxanı qəsəbə sakinini qətlə yetirib, qardaşına xəsarət yetirmiş şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 24-də Abşeron rayonu Novxanı qəsəbəsinin ərazisindən qəsəbə sakinləri Asif Məmmədov və qardaşı Vasif kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətiriliblər. Həkimlərin səyinə baxmayaraq, Vasif Məmmədovun həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanda ölüb.
Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş qəsəbə sakini Vüqar Yusifov tutulub.