Azərbaycan, Bakı, 17 iyul /Trend/
İyulun 17-si saat 16:00 radələrində Gəncə çayının Göygöl rayonundan keçən hissəsində bədbəxt hadisə baş verib.
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Goranboy rayonunun Gürzalılar kənd sakini 20 yaşlı Asiman Teyyub oğlu Hüseynov Gəncə çayının Göygöl rayonu ərazisindən keçən hissəsində çimərkən boğulub.
Onun meyiti sudan çıxarılıb.
Faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırma aparılır.