Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İlkin İzzət/
Qubada süni göldə batan kişinin meyiti çıxarılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, 28 avqust 2014-cü il tarixində Quba rayonu, Susay kəndi ərazisində süni göldə batmış 1975-ci il təvəllüdlü Əkrəm Eldar oğlu Əhmədzadənin axtarışları başa çatıb.
Ə.Əhmədzadənin cəsədi FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.