...

Bakıda avtomobil akkumulyatorlarına qənim kəsilən şəxs tutulub

Hadisə Materials 13 Sentyabr 2014 10:49 (UTC +04:00)
Bakıda avtomobil akkumulyatorlarını oğurlayan keçmiş məhkum tutulub.
Bakıda avtomobil akkumulyatorlarına qənim kəsilən şəxs tutulub

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda avtomobil akkumulyatorlarını oğurlayan keçmiş məhkum tutulub.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Rasim Babayev tutulub. R.Babayevin üzərinə baxış keçirilərkən ondan 5,243 qram heroin aşkar olunaraq götürülüb.

O, həmçinin avqustun 31-də paytaxtın Mətbuat prospektində Qəzənfər İmamverdiyevə məxsus "VAZ-21011" və Emin Zeynalova məxsus "VAZ-2103" markalı avtomobillərdən akkumulyator oğurlamaqda şübhəli bilinir.

Qeyd edək ki, R.Babayev əvvəllər də məhkumluq həyatı yaşayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti