Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir İlkin İzzət/
İsmayıllı rayonunda "toy karvanı"nın qəzaya uğraması nəticəsində 9 nəfər ölüb, 2 nəfər yaralanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 29-da saat 12 radələrində İsmayıllı rayonunun Qubaxəlilli kəndində Ağsu rayon sakini Davud Məmmədovun idarə etdiyi "Mercedes" və Göyçay rayon sakini Bəxtiyar Əsgərovun idarə etdiyi "Mitsubishi" markalı avtomobillər toqquşub.
"Mercedes"in sürücüsü D.Məmmədov və sərnişinlərindən - arvadı Jalə, qızı Gülay, azyaşlı nəvəsi Mələk, Ağsu şəhər sakinləri Günel Məhərrəmli, Ramiz, habelə "Mitsubishi"nin sürücüsü B.Əsgərovun sərnişinləri - atası Firudin, anası Lumu, arvadı Nahidə hadisə yerində ölüb, özü və D.Məmmədovun digər sərnişini Sevinc Mirzəyeva xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.