AvtobusAzərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir İlkin İzzət/
Bakıda 2 ay yarım əvvəl "Azəriqaz" İB-nin qaz borusunu oğurlayan şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu il iyulun 26-da, "Azəriqaz" İstehsalat Birliyi, Xəzər Qaz İstismarı Sahəsində, Binə qəsəbəsinin "Atçılıq" adlanan yaşayış sahəsindən Buzovna qəsəbə istiqamətinə gedən 530 mm diametrli istifadəyə yararsız qaz kəmərinin 177 metrlik borusu kəsilərək oğurlanıb.
Xəzər Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Füzuli rayon sakini 1987-ci il təvəllüdlü Rəhman Quliyev tutulub.