...

Tümen tundrasında ayı elektrikin boğazını gəmirib

Hadisə Materials 14 Oktyabr 2014 13:15 (UTC +04:00)
Ovçular fəhlənin boğazını gəmirən ayını öldürmək üçün helikopterlə Tümen vilayətinin Ust-Tequs neft yatağına getməli olublar.
Tümen tundrasında ayı elektrikin boğazını gəmirib

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Ovçular fəhlənin boğazını gəmirən ayını öldürmək üçün helikopterlə Tümen vilayətinin Ust-Tequs neft yatağına getməli olublar. Trend xəbər verir ki, bu barədə "İnterfaks" çərşənbə axşamı regional Dövlət Ov İdarəsinə istinadən məlumat verib.

Məlumatda deyilir ki, fəhlələr açıq ərazidə, tundrada naqil çəkərkən qoca ayı pusqudan sıçrayıb elektriklərdən birinə hücum edərək onun boğazını gəmirib.

Agentliyin müsahibinin sözlərinə görə, qış yuxusu dövründə ayının insana hücumu "tamamilə tipik olmayan vəziyyətdir": "Hücuma yemsizliyin səbəb olması ehtimalı çox böyükdür. Bu il buradakı meşələrdə giləmeyvə və sidr qozası qıtlığıdır".

O, həmçinin bunun Tümen vilayətində son 13 il ərzində ayı hücumundan insan ölümü ilə bağlı ilk hadisə olduğunu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti