Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İlkin İzzət/
Azərbaycana gələn İran vətəndaşının üzərində tiryək aşkar olunub.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşı Nourı Manafızadeh Saeıd Ahad oğlunun üzərində şəxsi yoxlama keçirilib.
Baxış zamanı ondan 4 ədəd bükümdə, ümumi xalis çəkisi 218,434 qram olan narkotik vasitə - tiryək aşkar olunub.