...

"Mercedes" və "Nissan" toqquşdu, sürücülərdən biri öldü

Hadisə Materials 9 İyul 2015 20:49 (UTC +04:00)
Abşeron rayonunda iki maşın toqquşub.
"Mercedes" və "Nissan" toqquşdu, sürücülərdən biri öldü

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Abşeron rayonunda iki maşın toqquşub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Abşeron rayonunda "Mercedes" və "Nissan" markalı 2 minik avtomobili toqquşub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı minik avtomobilinin sürücüsü 1969-cu il təvəllüdlü Nuriyev Bəhruz Atabala oğlu hadisə yerində vəfat edib.

Xilasedicilər B.Nuriyevin cəsədini deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti