...

Bakıda “cip” ana-balanı vurub, 6 yaşlı uşaq ölüb

Hadisə Materials 28 Sentyabr 2015 12:09 (UTC +04:00)
Bakıda “cip” avtomobili ana və azyaşlı oğlunu vurub. Nəticədə 6 yaşlı uşaq ölüb.
Bakıda “cip” ana-balanı vurub, 6 yaşlı uşaq ölüb

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda "cip" avtomobili ana və azyaşlı oğlunu vurub. Nəticədə 6 yaşlı uşaq ölüb.

Bakı şəhər Baş Polis İdarəsindən (BPİ) Trend-ə verilən məlumata görə, sentyabrın 26-sı saat 13:20 radələrində, Xətai rayonu Gəncə prospektində Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Vüqar Romanoğlu idarə etdiyi "Jeep-Grand Cherokee" markalı avtomobillə Culfa rayon sakinləri - 1988-ci il təvəllüdlü Gülnar Əsgərovanı və oğlu 2009-cu il təvəllüdlü Fərid Cəfərovu vurub.

Nəticədə, hər ikisi xəstəxanaya yerləşdirilib, F.Cəfərov aldığı xəsarətlər nəticəsində xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti