Bakı. Trend:
Tarixi abidədə qazıntı işləri aparmış Bərdə sakinləri tutulub.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, Tərtər rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 11-də rayonun Borsunlu kəndində yerləşən "Kurqan" adlanan tarixi abidədə qazıntı işləri aparmış Bərdə rayon sakinləri Elxan Qocayev, Fəxrəddin Məmmədov və Vahab Hüseynov saxlanılıblar.