...

Daşkənddə fərdi yaşayış evi uçub: 3 ölü, 2 yaralı

Hadisə Materials 27 Oktyabr 2016 08:59 (UTC +04:00)

Daşkənd. Dəmir Əzizov - Trend:

Özbəkistanın paytaxtı Daşkənddə tikilməkdə olan fərdi yaşayış evi uçub.

Trend-in məlumatına görə, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Xilasedicilər tərəfindən 2 nəfər xilas edilib və 3 nəfərin meyiti dağıntılar altından çıxarılıb.

Hadisənin baş verməsinə fərdi evlərin tikintisində normaların və tikinti qaydalarının pozulmasının səbəb olduğu göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti