Bakı. Trend:
Cəlilabad sakinləri çayda boğulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 28-də Cəlilabad rayon sakinləri Vüsal Abıyev və Şəmsəddin Abbasov Viləş çayının Masallı şəhəri ərazisindən keçən hissəsində çimərkən boğulublar.
Onların meyitləri sudan çıxarılıb.