...

ETSN: Oğuz meşəsindəki yanğın Şahdağ Milli Parkına keçib

Hadisə Materials 31 Avqust 2017 20:49 (UTC +04:00)
Oğuzda baş verən yanğının söndürülməsi üçün intensiv tədbirlər görülür
ETSN: Oğuz meşəsindəki yanğın Şahdağ Milli Parkına keçib

Bakı. Trend:

Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında baş vermiş yanğın güclü külək nəticəsində sonradan Şahdağ Milli Parkının Oğuz bölməsinin ərazisinə keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün ETSN və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və texnikası hadisə yerinə cəlb olunub.

Yanğının əhatə etdiyi ərazi sərt və hündür yamaclıqdan ibarət olduğundan mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilir. Hazırda yanğının söndürülməsi istiqamətində ciddi tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti