...

Şahdağ Milli Parkının 10 ha sahəsi yanıb

Hadisə Materials 5 Sentyabr 2017 11:27 (UTC +04:00)
Şahdağ Milli Parkının 10 ha sahəsi yanıb.
Şahdağ Milli Parkının 10 ha sahəsi yanıb

Bakı. Samir Əli - Trend:

Şahdağ Milli Parkının 10 ha sahəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, avqustun 31-də Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Xaçmaz meşəbəyliyinin 3 saylı dolayının ərazisində baş vermiş yanğın nəticəsində 120 ha meşə zolağı (sıx kol-kos, quru ağaclar və onların qalıqları) və Şahdağ Milli Parkının ərazisində 10 ha sahədə kol-kos və quru ağaclar yanıb.

Meşənin və parkın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın sentyabrın 5-də saat 08:56-da söndürülüb.

Yanğının söndürülməsi işlərində FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və texnikası, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin canlı qüvvəsi iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti