Bakı. Orxan Nəbiyev - Trend:
İtaliyanın Lombardiya vilayətində mafiya üzvlərinə qarşı əməliyyat keçirilib.
Trend-in məlumatına görə, Milan, Montsa, Komo və digər şəhərlərdə keçirilən əməliyyatlar nəticəsində 24 nəfər saxlanılıb.
Saxlananlar arasında Milan yaxınlığında yerləşən Serenyo qəsəbəsinin merinin də olduğu bildirilir. Mer İtaliyada fəaliyyət göstərən “Ndrangeta” mafiyası ilə əlaqələrdə şübəhli bilinib.