...

Qərargah: Alpinistlərin axtarışı sabah da davam etdiriləcək

Hadisə Materials 29 Dekabr 2017 18:51 (UTC +04:00)
Quba rayonu ərazisində dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Qərargah: Alpinistlərin axtarışı sabah da davam etdiriləcək

Bakı. Trend:

Quba rayonu ərazisində dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Alpinistlərin axtarışları ilə bağlı Əməliyyat Qərarqahından Trend-ə verilən məlumata görə, bu gün aparılan axtarışlarda Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, xüsusi təlim keçmiş itlər və peşəkar alpinistlərdən ibarət könüllü dəstə iştirak edirdi.

Sabah axtarış işləri davam etdiriləcək. Əlavə məlumat veriləcək.​

Qeyd edək ki, dekabrın 23-də “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü - alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu, Cəbrayılzadə Fəridə Cəbiyulla qızı Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətinə yürüşə çıxıb və geri qayıtmayıb, onlarla əlaqə kəsilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti