...

Masallıda 7 otaqlı ev yanıb, ölən var

Hadisə Materials 30 Dekabr 2017 08:47 (UTC +04:00)
Masallıda yanğın qeydə alınıb
Masallıda 7 otaqlı ev yanıb, ölən var

Bakı. Trend:

Masallıda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Masallı rayonu, Mahmudavar kəndində ümumi sahəsi 280 m² olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 90 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1936-cı il təvəllüdlü Kazımova Mariya Balakişi qızının yanmış cəsədi aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunubr. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti