...

Narkotik və silah aşkar edilərək götürüldü

Hadisə Materials 9 Fevral 2018 12:18 (UTC +04:00)
Neftçala rayon polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
Narkotik və silah aşkar edilərək götürüldü

Bakı. Trend:

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, araşdırmalarla onun Həsənabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rəşad Abdullayev olduğu məlum olub. Baxış zamanı onun üzərindən 55 qram marixuana aşkar edilib.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Oradan əlavə olaraq 1 kiloqram 445 qram marixuana və müvafiq sənədləri olmayan "TOZ-8" markakı tüfəng də aşkar edilib.

Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti