...

Dağıstanda izdihama atəş açıldı, ölənlər var

Hadisə Materials 18 Fevral 2018 19:27 (UTC +04:00)
Dağıstanda izdihama atəş açıldı, ölənlər var

Bakı. Trend:

Dağıstanın Kizlyar şəhərində maslenitsa bayramının qeyd olunması zamanı izdihama atəş açılıb.

Trend-in verdiyi xəbərə görə, bu barədə “RİA Novosti”yə respublikanın hüquq-mühafizə orqanlarında məlumat veriblər.

Atəşin yerli sakin tərəfindən açıldığı bildirilir.

Məlumata əsasən, hadisə nəticəsində 4 nəfər həlak olub, daha 4 nəfər xəsarət alıb.

Yaralananlar xəstəxanaya yerləşdirilib.

Təhlükəsizlik qüvvələri hücum silahlını məhv edib.

Faktla bağlı cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti