...

Evdə külli miqdarda narkotik vasitə gizlədən Sabirabad sakini saxlanılıb

Hadisə Materials 19 Fevral 2018 14:26 (UTC +04:00)
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları əldə edilmiş məlumat əsasında Həsənalı kənd sakini, əvvəllər məhkum olunmuş Təbriz Nuriyevin yaşadığı evdə əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.
Evdə külli miqdarda narkotik vasitə gizlədən Sabirabad sakini saxlanılıb

Bakı. Trend:

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları əldə edilmiş məlumat əsasında Həsənalı kənd sakini, əvvəllər məhkum olunmuş Təbriz Nuriyevin yaşadığı evdə əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu zaman evdə gizlədilmiş, çəkisi 483 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti