...

Peruda sərnişin avtobusu dərəyə yuvarlanıb: 44 ölü, 10 yaralı (YENİLƏNİB-2)

Dünya xəbərləri Materials 21 Fevral 2018 22:41 (UTC +04:00)
Peruda sərnişin avtobusu dərəyə yuvarlanıb
Peruda sərnişin avtobusu dərəyə yuvarlanıb: 44 ölü, 10 yaralı (YENİLƏNİB-2)

Bakı. Trend:

Peruda sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə "TV Peru" telekanalına yerüstü nəqliyyat nazirliyinin baş direktoru Paul Konça bildirib.

Məlumata əsasən, daha 10 nəfər ağır yaralanıb.

XXX

21:59

Peruda sərnişin avtobusu dərəyə yuvarlanıb.

Trend-in məlumatına görə, qəza nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb, 20 nəfər isə yaralanıb.

Ölkə prezidenti Pedro Kuçinski həlak olanların ailələrinə başsağlığı verib.

XXX

18:18

Peruda sərnişin avtobusu dərəyə yuvarlanıb.

Trend-in məlumatına görə, qəza nəticəsində azı 30 nəfər həlak olub.

Arekipa regionunda baş vermiş qəzada daha 22 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, avtobus 200 metr hündürlükdən dərəyə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti