...

DSX 92 ədəd mobil telefonun qanunsuz yolla gətirilməsinin qarşısını alıb (FOTO)

Hadisə Materials 3 İyul 2018 14:27 (UTC +04:00)
Külli miqdarda mobil telefonun ölkə əra­­zi­sinə qanunsuz yolla dövlət sərhədindən buraxılış mən­tə­qə­lə­rin­dən kənar gətirilməsinin qarşısı alınıb.
DSX 92 ədəd mobil telefonun qanunsuz yolla gətirilməsinin qarşısını alıb (FOTO)

Bakı. Trend:

2018-ci ilin 29 iyun tarixində Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıq­lığı və peşəkarlığı sayəsində külli miqdarda mobil telefonun ölkə əra­­zi­sinə qanunsuz yolla dövlət sərhədindən buraxılış mən­tə­qə­lə­rin­dən kənar gətirilməsinin qarşısı alınıb.

DSX-dan Trend-ə verilən məlumata görə, həmin tarixdə saat 23:50 radələrində Gürcüstan ilə dövlət sərhədində Şəmkir sərhəd dəstə­sinin xidməti ərazisində Ehram çayında 1 ədəd qara sellofana sarılmış ağ rəngli çəlləyin çayın axını ilə ərazimizə daxil olması müşahidə edilib.

Sərhəd naryadı tərəfindən sudan çıxarılmış həmin çəlləkdə ümu­mi dəyəri təqribən 4500 manat təşkil edən 92 ədəd “X-nova” markalı mobil telefon aşkar olunub.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti