...

Kaliforniyada yanğın səbəbindən 3 min adam evakuasiya edilib

Hadisə Materials 8 İyul 2018 00:02 (UTC +04:00)
Kaliforniya ştatının Santa Barbara vilayətinin Goleta şəhəri yaxınlığında baş verən yanğın nəticəsində ən azı 3.200 nəfər evakuasiya edilib.
Kaliforniyada yanğın səbəbindən 3 min adam evakuasiya edilib

Bakı. Trend:

Kaliforniya ştatının Santa Barbara vilayətinin Goleta şəhəri yaxınlığında baş verən yanğın nəticəsində ən azı 3.200 nəfər evakuasiya edilib. Bu barədə Trend Santa Barbara Independent qəzetinə istinadən xəbər verir.

Verilən məlumata görə, rekord yüksək hava temperaturu və külək səbəbindən bölgədə baş verən yanğın 25-30 hektar əraziyə yayılıb. Xilasedicilər yanğının 5%-ni lokallaşdırmağa müvəffəq olublar. Evlər, tikililər və binalar da daxil olmaqla təxminən 20 bina dağıdılıb. Sahədə 350 xilasetmə briqadası və 4 helikopter var.

Verilən xəbərə görə, yerli saatla təxminən 1:00-da bölgənin fövqəladə vəziyyət və xilasetmə xidməti regional səviyyədə fövqəladə rejim elan edib. Xəsarət alan və ölən yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti