...

Novxanıda yolu keçən piyadanı maşın vurub

Hadisə Materials 9 İyul 2018 14:44 (UTC +04:00)
Abşeron rayonu Novxanı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Novxanıda yolu keçən piyadanı maşın vurub

Bakı. Trend:

Abşeron rayonu Novxanı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, iyulun 8-də saat 22 radələrində Abşeron rayonu Novxanı kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Naxçıvan şəhər sakini Rasim Cəfərov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Moskviç” markalı avtomobilin sürücüsü, kənd sakini Nurlan Müseyibov saxlanılıb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti