...

Novxanı çimərliyində batan şəxsin meyiti tapılıb

Hadisə Materials 11 İyul 2018 20:52 (UTC +04:00)

Bakı. Trend:

Abşeron rayonunun Novxanı çimərliyi istiqamətində (nəzarətsiz ərazidə) ötən gün batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü Şabıyev Cabir Bəhruz oğlunun axtarışları başa çatıb.

FHN-dən Trend-ə verilən məlumata görə, C.Şabıyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti