...

Xəzərdə batan gəncin cəsədi tapılıb

Hadisə Materials 13 İyul 2018 01:57 (UTC +04:00)
Xəzər dənizinin Sabunçu rayonu sahillərində batan 20 yaşlı gəncin cəsədi tapılıb.
Xəzərdə batan gəncin cəsədi tapılıb

Bakı. Trend:

Xəzər dənizinin Sabunçu rayonu sahillərində batan 20 yaşlı gəncin cəsədi tapılıb.

Bakı şəhərinin Sabunçu rayonuda dənizdə batdığı ehtimal edilən 1998-ci il təvəllüdlü Məmmədov Cavid Rəhman oğlunun axtarışları başa çatmışdır.

Trend-in FHN-in saytına istinadən verdiyi xəbərə əsasən, C.Məmmədovun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir.

Əməliyyat başa çatmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti