...

Hindistanda avtobus dərəyə aşdı - 14 ölü, 16 yaralı

Hadisə Materials 19 İyul 2018 17:11 (UTC +04:00)
Hindistanın şimalında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hindistanda avtobus dərəyə aşdı - 14 ölü, 16 yaralı

Bakı. Trend:

Hindistanın şimalında ağır yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, ölkənin şimalında Uttarakxand ştatında sərnişin avtobusu dərəyə aşıb.

Qəza nəticəsində 14 nəfərin öldüyü, daha 16 nəfərin yaralandığı bildirilir.

Məlumata görə, içərisində 30 nəfərin olduğu avtobus dərinliyi 250 metr olan dərəyə aşıb. Qəzadan dərhal sonra hadisə yerinə xilasedicilər cəlb olunub. Yaralılar vertolyotla xəstəxanalara çatdırılıb.

Qəzanın hansı səbəbdən baş verməsi hələ dəqiq məlum deyil, hadisə araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti